IMG-LOGO

KİV: ABŞ və İsrail İranın XİN rəhbərini və spikerini hədəf siyahılarından çıxarıblar

26 Mar 2026 05:23 2 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi və məclisin (Parlament) sədri Məhəmməd Bağır Qalibaf müvəqqəti olaraq İsrail və ABŞ-ın hücum hədəfləri siyahısından çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ və İsrail İranın nümayəndələri ilə danışıqlar aparmaq üçün bu addımı atıblar. Qəzet iddia edib ki, hədəfin aradan qaldırılması müddəti 4-5 gündür.

Daha əvvəl "The New York Times" qəzeti mənbələrə istinadən ABŞ-nin İran hakimiyyətinə münaqişəyə son qoymaq üçün 15 maddəlik plan göndərdiyini bildirmişdi. Məlumata görə, plan Tehranın raket və nüvə proqramlarını əhatə edir. Sənəddə həmçinin naviqasiya azadlığı da yer alıb. Lakin Tehran Vaşinqtonun məhsuldar danışıqlar aparacağına şübhə ilə yanaşır.

Xəbər lenti