IMG-LOGO

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək

26 Mar 2026 09:38 5 baxış
IMG

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar keçiriləcək.

"Report"un məlumatına görə, XIX turun ilk qarşılaşmasında "Murov AZ Terminal" "Gənclər"i sınağa çəkəcək.

Abşeron Olimpiya İdman Kompleksindəki görüş saat 15:00-da start götürəcək.

Saat 16:00-da "Azərreyl" "Ordu", "Xilasedici" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

Qeyd edək ki, müntəzəm mövsümün sonuncu - XX turu martın 30-da keçiriləcək.

Xəbər lenti