IMG-LOGO

Türkiyədə 4.3 maqnitudalı zəlzələ olub

26 Mar 2026 11:49 2 baxış
IMG

Türkiyənin Elazığ vilayətində 4.3 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 10:37 (Bakı vaxtı 11:37) radələrində baş verən yeraltı təkanın ocağı 11.33 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xəbər lenti