IMG-LOGO

Əbu-Dabidə raket qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb

26 Mar 2026 12:43 4 baxış
IMG

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində hava hücumundan müdafiə sistemlərinin vurduğu ballistik raketin qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə əmirliyin mətbuat xidməti "X" sosial şəbəkəsində bildirib.

"Hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Həmçinin bir neçə avtomobil zədələnib", - məlumatda qeyd edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti