IMG-LOGO

İstanbulda saxta spirtli içkilərə qarşı əməliyyat keçirilib, həbs olunanlar var

26 Mar 2026 13:33 4 baxış
IMG

Türkiyənin İstanbul əyalətində saxta spirtli içkilərə qarşı bu il yanvarın 1-dən indiyədək keçirilən əməliyyat nəticəsində 28 168 litr etil və metil spirti müsadirə edilib, 32 şübhəli saxlanılıb, onların 7-si həbs olunub.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq Cinayətlərilə Mübarizə Şöbəsi yayıb.

Bildirilib ki, İstanbulun Beylikdüzü, Arnavutköy, Böyükçəkməcə, Qaziosmanpaşa, Sultangazi, Bağcılar, Başakşehir, Şişli, Pendik, Maltepe, Esenyurt və Avcılar rayonlarında 19 əməliyyat həyata keçirilib.

Məlumata görə, axtarışlar zamanı 1845 şüşə saxta içki ilə distillə sistemində istifadə olunan 9 karbon filtrasiya cihazı da müsadirə edilib.

Xəbər lenti