IMG-LOGO

Darren Maklin: Qarabağda bərpa işlərinin sürəti heyrətamizdir

26 Mar 2026 13:11 3 baxış
IMG

Qarabağda bərpa işlərinin miqyası və sürəti heyrətamizdir.

"Report"un işğaldan azad edilmiş ərazilərə ezam olunmuş müxbiri xəbər verir ki, bunu "NomadMania" klubunun təsisçisi və rəhbəri Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahların tərkibində Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan avstraliyalı səyyah Darren Maklin bildirib.

"Görünür ki, burada fəal inkişaf gedir. Bu yer yaxın illərdə çox dəyişəcək, çoxlu dəyişikliklər, çoxlu tikinti işləri var. Bir neçə ildən sonra buraya qayıtmaq və hər şeyin necə dəyişəcəyini görmək maraqlı olacaq. Əlbəttə, mən məmnuniyyətlə Qarabağa yenidən gələrdim", - o deyib.

Darren Maklin Qarabağa və Şərqi Zəngəzura ilk səfəri olduğunu bildirərək regiona yenidən səfər etməkdən şad olacağını əlavə edib.

Qeyd edək ki, bu gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi ilə beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağa və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyah qrupudur.

Xəbər lenti