IMG-LOGO

Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb

26 Mar 2026 13:08 3 baxış
IMG

2027-ci ildə təşkil olunacaq Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası (AFC) rəsmi açıqlama yayıb.

Tədbirin aprelin 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutması nəzərdə tutulurdu. Lakin təhlükəsizlik amillərini nəzərə alaraq püşkatma həmin tarixdə olmayacaq.

Qeyd edək ki, turnirin 7 yanvar - 5 fevral tarixlərində Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır. Bundan öncə Yaxın Şərqdəki gərginliyə görə Asiya Çempionlar Liqasının matçları da təxirə salınıb.

Xəbər lenti