IMG-LOGO

"Brent" Trampın İranla bağlı bəyanatları fonunda bir barel üçün 106 dollara qədər bahalaşıb

26 Mar 2026 15:45 3 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın İranla danışıqların gedişatına dair bəyanatlarından sonra martın 26-sı günorta saatlarında neft qiymətləri sürətlə artıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti Bakı vaxtı ilə 14:57-yə olan məlumata əsasən 3,96 ABŞ dolları (3,87 %) artaraq bir barel üçün 106,18 ABŞ dollarına çatıb.

Qeyd edək ki, daha əvvəl Tramp İranı tələsməyə və ABŞ ilə münaqişənin başa çatdırılmasına dair danışıqlara ciddi yanaşmağa çağıraraq xəbərdarlıq edib ki, əks halda Tehran ciddi nəticələrlə üzləşəcək.

Xəbər lenti