IMG-LOGO

Azərbaycanda elektrik naqilinin istehsalı 9 % azalıb

26 Mar 2026 15:41 3 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 min 825 ton elektrik naqili istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.

Bu il martın 1-nə, ölkədə 421 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 13 min 160 ton elektrik naqili istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 8,5 % çoxdur.

Xəbər lenti