IMG-LOGO

Husilərin lideri: "Ənsar Allah" Yaxın Şərqdəki hərbi əməliyyatlara qoşulmağa hazırdır

26 Mar 2026 21:28 3 baxış
IMG

"Ənsar Allah" qruplaşması hadisələrin gedişindən asılı olaraq Yaxın Şərqdəki müharibəyə qoşulmağa hazırdır.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu husilərin lideri Əbdülməlik əl-Husi bəyan edib.

"Hərbi cavab vermək zərurəti yarandıqda münaqişənin əvvəlki mərhələlərində etdiyimiz kimi, yubanmadan müdaxilə edəcəyik", - deyə o bildirib.

İran daha əvvəl qlobal ticarətin əsas mərkəzi olan Babül-Məndəb boğazını bağlamaqla hədələmişdi. Eyni zamanda, ABŞ Nəqliyyat Nazirliyi husilərin boğazda hücumları bərpa edə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Xəbər lenti