IMG-LOGO

Azərbaycan millisi "FIFA Series – 2026" turnirində bu gün ilk oyununa çıxır

27 Mar 2026 09:00 3 baxış
IMG

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində ilk oyununa bu gün çıxacaq.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

Görüşün baş hakimi gürcüstanlı Giorgi Kruaşvili olacaq.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni erenada Syerra Leone ilə münasibətlərə aydınlıq gətirəcək.

Xəbər lenti