IMG-LOGO

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsi başlayır

27 Mar 2026 10:03 3 baxış
IMG

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsinə bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 1/4 finalın iki qarşılaşması baş tutacaq.

Saat 15:00-da "Murov Az Terminal" "Turan"la, saat 17:00-da "Azərreyl" "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Bu raundun digər ilk oyunları martın 28-də olacaq. Cavab matçları 2-3 apreldə keçiriləcək.

Xəbər lenti