ABŞ və İran artıq dolayı əlaqələr qurub və birbaşa danışıqlara hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful "Deutschlandfunk" radiostansiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hər iki tərəfin nümayəndələrinin görüşünə hazırlıq aparılır. Görüşün yaxın zamanda Pakistanda keçirilməsi gözlənilir.
"Məndə olan məlumata görə, artıq dolayı təmaslar olub və birbaşa danışıqlara hazırlıq aparılır. Görünür, danışıqlar tezliklə Pakistanda baş tutacaq", - o deyib.