IMG-LOGO

Küveyt limanı PUA və raket hücumuna məruz qalıb

27 Mar 2026 13:32 5 baxış
IMG

Bubiyan adasındakı (Küveyt) "Mübarək əl-Kəbir" limanının infrastrukturu hücuma məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə Küveytin İctimai İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, infrastruktur PUA və qanadlı raketlərin hücumuna məruz qalıb, maddi ziyan dəyib, itki yoxdur.

Hakimiyyət orqanlarının məlumatına görə, bu gün səhər saatlarında Küveyt paytaxtının sənaye rayonunda yerləşən Əş-Şüveyh limanı da pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Dəymiş maddi ziyanın məbləği dəqiqləşdirilmir.

Xəbər lenti