IMG-LOGO

Bəhreynin HHM sistemləri 150-dən çox raket və 360 PUA-nı ələ keçirib

27 Mar 2026 13:31 5 baxış
IMG

Bəhreynin Hava Hücumundan Müdafiə (HHM) sistemləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin başlanğıcından (28 fevral) İrandan atılan ümumilikdə 154 raket və 362 pilotsuz uçuş aparatını ələ keçirib.

"Report"un məlumatına görə, bu barədə Bəhreyn Silahlı Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Açıqlamada əhalidən ehtiyatlı olmağa, zədələnmiş obyektlərdən və şübhəli əşyalardan uzaq durmağa çağırış edilib.

Xəbər lenti