Samuxda Kürdə köməksiz vəziyyətdə qalan şəxslərin suda qalmasının təfərrüatları məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, Samux rayon sakinləri olan bir ailənin 4 üzvü Kürün ortasında odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar.
Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.
Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.
Hadisələr Kür çayı