IMG-LOGO

SEPAH Hörmüz boğazında bir neçə konteyner gəmisini geri qaytarıb

27 Mar 2026 14:42 3 baxış
IMG

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir neçə konteyner gəmisini geri qaytardığını, "düşmən"in müttəfiqlərinin limanlarından və limanlarına doğru istiqamət alan gəmilərin keçidinin qadağan edildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın teleqram kanalındakı məlumatda deyilir.

Məlumatda Hörmüz boğazının bağlı olduğu, buna görə də SEPAH-ın bu marşrutla hərəkətə sərt şəkildə qarşı çıxacağı bildirilir.

"Bu gün səhər ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açılması barədə həqiqətə uyğun olmayan bəyanatlarından sonra müxtəlif ölkələrdən üç konteyner gəmisi icazəsi olan gəmilərin hərəkəti üçün müəyyən edilmiş dəhlizə doğru istiqamətlənib. Lakin SEPAH-ın hərbi-dəniz qüvvələrinin xəbərdarlığından sonra onlar geri qaytarılıblar", - məlumatda deyilir.

Xəbər lenti