IMG-LOGO

Güləşçi Sabir Cəfərova antidopinq qaydalarının pozulmasına görə 4 illik cəza verilib

27 Mar 2026 14:25 5 baxış
IMG

Azərbaycan güləşçisi Sabir Cəfərov 48 aylıq diskvalifikasiya olunub.

Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Bildirilib ki, idmançı iki maddəyə əsasən cəza ilə üzləşib.

Onun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.

2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.

Xəbər lenti