IMG-LOGO

İranda Mossad agentləri saxlanıldı

27 Mar 2026 15:09 6 baxış
IMG
0 0

İranın Kermanşah vilayətində İsrailin “Mossad” kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən üç nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb. Əməliyyatın keçirilməsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyatı da iştirak edib.

Agentliyin məlumatına görə, saxlanılan şəxslər kuratorların göstərişləri ilə hərəkət edərək “küçələrdə sabitliyi pozmağı, eləcə də həssas obyektlərə və hərbi hədəflərə qarşı diversiya hücumları həyata keçirməyi” planlaşdırıblar.

Onların gizləndiyi yerdə aparılan axtarış zamanı silah, sursat, barıt, detonatorlar, həmçinin ov patronlarının hazırlanması üçün avadanlıq aşkar edilərək götürülüb.

İsrail-İran müharibəsi

Xəbər lenti