IMG-LOGO

Azərbaycanın U-21 millisi Portuqaliyaya uduzub

27 Mar 2026 16:52 4 baxış
IMG

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya komandasını qəbul edib.

"Palms Sports Arena"dakı qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 16 xalla liderdir.

Xəbər lenti