IMG-LOGO

Putin Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının açılışını edib

27 Mar 2026 16:00 5 baxış
IMG

Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Dərbənddə yenilənmiş Azərbaycan Musiqili Dram Teatrının açılışını edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

"Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumi tarixi keçmişin, o cümlədən mədəni irsin möhkəm bünövrəsi üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, Bakıda 100 ildən çox əvvəl açılmış məşhur Rus Dram Teatrı olduqca uğurla fəaliyyət göstərir. Bununla əlaqədar teatrın işinə verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm", - o bildirib.

Xəbər lenti