IMG-LOGO

Azərbaycan – Sent Lüsiya matçının başlama vaxtı dəyişib

27 Mar 2026 18:49 3 baxış
IMG

Hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.

Bu barədə "Report"a AFFA-dan məlumat verilib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.

Qeyd edək ki, matç saat 19:00-da başlamalı idi.

Xəbər lenti