IMG-LOGO

Rəşad Eyyubov: "Ən böyük problemimiz standart vəziyyətlərdir"

27 Mar 2026 18:08 4 baxış
IMG

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin ən böyük problemi standart vəziyyətlərdir.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Eyyubov jurnalistlərə açıqlamasında bildirib.

Mütəxəssis Bakıda Portuqaliyanın U-21 yığmasına 0:4 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bizim ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. Birinci hissəyə görə oyunçulara təşəkkür edirəm. İkinci yarıda isə yaxşı oynamadıq".

R.Eyyubovun sözlərinə görə, qarşılaşmanın ilk yarısında oyunçuların matça köklənməsi yüksək səviyyədə olub:

"İkinci hissədə təəssüf ki, bunu itirdik. Komanda bir az rahatlaşdı".

Xəbər lenti