Sent Lüsiyanın futbol üzrə millisi Azərbaycan yığması ilə matçda böyükhesablı məğlubiyyət gözləməyib.
"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stern Con mətbuat konfransında bildirib.
Mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Azərbaycan yığmasına uduzduqları (1:6) oyundan sonra fikirlərini bölüşüb:
"Belə nəticə gözləmirdim. Rəqibin bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə olanda isə mütləq cəzalandırılırsan".
O, turnirin əhəmiyyətindən söz açıb:
"Buraya gəlmək üçün uzun yol qət etmişik. Oyunçular üçün təcrübə oldu. Avropa komandasına qarşı oynadılar. Amma bir oyun keçirmək bizi məyus edir".

