ABŞ və İran arasında əlaqələr Türkiyə ilə koordinasiya olunur və Pakistan vasitəsilə mesajlar mübadiləsi aparılır.
"Report"un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalının efirində bildirib.
"Əlaqələr başlayıb, Pakistan vasitəsilə mesajlar göndərilir. Amerikalılar bunu bizimlə koordinasiya edirlər və müzakirələr aparılır", - o qeyd edib.
H.Fidanın sözlərinə görə, Türkiyə hər iki tərəflə əlaqə saxlayır və onların mövqelərini və gözləntilərini daha yaxşı başa düşməyə çalışır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.