IMG-LOGO

Köç edən məcburi köçkünlərin xidməti mənzillərinin yataqxanalardakı köçkünlərə verilməsi təklif olunur

29 Feb 2024 11:10 239 baxış
IMG

Köç edən məcburi köçkünlərin xidməti mənzillərinin yataqxanalardakı köçkünlərə verilməsi təklif olunur.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində qeyd olunub.

Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti