IMG-LOGO

ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları satacaq

28 Mar 2026 07:49 5 baxış
IMG
1 0

ABŞ ilk dəfə Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcıları satacaq.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vaşinqton krallığı NATO-dan kənar əsas müttəfiq kimi tanıyıb və bu çərçivədə silah satışına razılıq verib.

“İlk dəfə olaraq Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışına razılaşdıq. Bu təyyarələr olduqca güclüdür və biz onları çox məhdud şəkildə satırıq”, – deyə Tramp qeyd edib.

Səudiyyə Ərəbistanı abş f35

Xəbər lenti