IMG-LOGO

Azərbaycan taekvondoçusu Hüseyn Novruzov "Türkiye Open"də qızıl medal qazanıb

28 Mar 2026 14:20 4 baxış
IMG

Pumse üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Novruzov Türkiyənin Antalya şəhərində keçirilən taekvondo üzrə "Türkiye Open" beynəlxalq turnirində freestyle proqramında parlaq çıxış nümayiş etdirərək qızıl medal qazanıb.

Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

O, yarışda yüksək pumse texnikası və akrobatik elementləri ilə fərqlənərək bir sıra güclü rəqibləri üstələyib.

Qeyd edək ki, bu, Azərbaycan taekvondo tarixində böyüklər arasında rəsmi yarışda pumse üzrə qazanılan ilk qızıl medaldır.

Xəbər lenti