IMG-LOGO

Mirzoyan və Əraqçi Yaxın Şərqdə gərginliyin nizamlanmasının yollarını müzakirə ediblər

28 Mar 2026 17:37 4 baxış
IMG

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın XİN başçısı Seyyid Abbas Əraqçi telefon danışığı aparıblar.

Bu barədə "Report" Ermənistanın xarici siyasət idarəsinə istinadən xəbər verib.

Nazirlikdən qeyd ediblər ki, tərəflər Yaxın Şərqdəki son hadisələr barədə fikir mübadiləsi aparıblar, həmçinin vəziyyətin nizamlanmasının mümkün yollarını müzakirə ediblər.

Bundan əlavə, nazirlər bir sıra humanitar məsələlərə və çoxtərəfli gündəlikdə olan mövzulara toxunublar.

Xəbər lenti