İranda Buşehr AES-dən personalın daşınmasının növbəti mərhələsi başa çatıb, stansiyanı 163 əməkdaş tərk edib və stansiya ətrafında vəziyyət pisləşməyə davam edir.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçov bildirib.
"Meydançada vəziyyət pisləşməyə davam edir. Dünən axşam artıq üçüncü dəfə fəaliyyət göstərən 1 nömrəli enerji blokunun meydançası hücuma məruz qalıb. Döyüş sursatı ikinci dəfəki kimi, o cümlədən reaktor avadanlığının su təchizatını təmin edən nasos stansiyasının bilavasitə yaxınlığında partlayıb", - deyə o bildirib.