Avstraliya sakinləri “qanlı səma”nın şahidi olublar. Qeyri-adi hava hadisəsi videoya çəkilib və görüntülər sosial şəbəkədə yayımlanıb.
Lent.az xəbər verir ki, yayımlanan kadrlarda ölkənin bir hissəsi üzərində səmanın qan-qırmızı rəng aldığı görünür və çəkiliş zamanı ətraf obyektlər sanki filtr tətbiq olunmuş kimi təsir bağışlayır.
Bildirilir ki, səmanın bu cür qırmızı rəng almasına səbəb “Narell” siklonu olub. Bu siklon havaya böyük miqdarda toz qaldıraraq belə qeyri-adi görüntü yaradıb.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr nadir təbiət hadisəsi qanlı səma Avstraliya