IMG-LOGO

Bakının kommunal xidmətləri gücləndirilmiş iş rejimində işləyir

28 Mar 2026 21:22 4 baxış
IMG
0 0

Artıq ikinci gündür dayanmadan yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərdə suyun kollektorlar vasitəsilə axıdılmasında çətinliklər müşahidə olunur.

Lent.az xəbər verir ki, 27 mart səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra qurumları və digər kommunal xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Yaranmış vəziyyətlə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin tabeçiliyində olan idarələr, rayon birlikləri və şəhərin digər təsərrüfat qurumları tərəfindən ərazidə sakinlərin təxliyəsi, yağış suları barmaqlıqlarının təmizlənməsi və digər zəruri tədbirlər görülməkdədir. Bu işlər gün boyu davam etdirilib.

Bundan əlavə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də əraziyə baxış keçirərək, rayonun kommunal və təsərrüfat qurumlarına yağışın yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib.

yağış kommunal xidmət

Xəbər lenti