IMG-LOGO

Zelenski: Ukrayna təhlükəsizlik sahəsində təcrübəsini Qətərlə bölüşür

28 Mar 2026 23:45 4 baxış
IMG

Ukraynanın ekspertlər komandası Qətərdə işləyir, orada təhlükəsizlik sahəsindəki təcrübəsini və peşəkar nailiyyətlərini bölüşür.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, mütəxəssislər artıq təhlükəsizlik sahəsindəki vəziyyətin ümumi qiymətləndirilməsini aparıb, Qətərin hava təhdidlərinə qarşı mübarizə imkanlarını öyrənib və ölkənin hava məkanının müdafiəsini gücləndirmək üçün konkret həllər hazırlayıblar.

Zelenski qeyd edib ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə görüş zamanı Ukrayna komandasının işinin yüksək qiymətləndirdiyini və verilmiş məsləhətlərə görə minnətdarlığı eşidib.

O vurğulayıb ki, hazırda region üçün əsas təhlükə ballistik raketlər və pilotsuz uçuş aparatlarının (PUA) hücumları olaraq qalır. Bununla yanaşı, Prezidentin bildirdiyinə görə, hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Ukrayna dronlarla mübarizə üçün iqtisadi cəhətdən daha səmərəli həllər də hazırlayıb. "Bunlar da müxtəlif növ PUA-lara qarşı öz səmərəliliyini artıq sübut edib",- o bildirib.

Onun sözlərinə görə, Qətər müxtəlif istiqamətlər üzrə uzunmüddətli əməkdaşlığa köklənib.

O, həmçinin regionda sabitliyin bərpasının vacibliyini vurğulayıb və qarşılıqlı yardımın qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verdiyi yanaşmanı dəstəklədiyini bildirib.

Xəbər lenti