IMG-LOGO

İran Pakistan gəmilərinin Hörmüz boğazından keçidinə icazə verib

29 Mar 2026 00:21 3 baxış
IMG

Pakistan bayrağı altında üzən daha 20 gəminin Hörmüz boğazından keçidinə icazə verilib.

"Report" xəbər verir ki, bunu Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Daar "X"dəki hesabında yazıb.

"İran hökuməti Pakistan bayrağı altında üzən daha 20 gəminin Hörmüz boğazından keçməsinə icazə verməyə razılaşıb; boğazdan hər gün iki gəmi keçəcək",- İshaq Dar bildirib.

O qeyd edib ki, İran tərəfindən atılan addım çoxdan gözlənilirdi:

"Bu, sülhün xəbərçisidir və regionda sabitləşməyə töhfə verəcək. Dialoq, diplomatiya və etimadın möhkəmləndirilməsi üzrə bu cür tədbirlər irəliyə doğru yeganə yoldur".

Xəbər lenti