IMG-LOGO

WP: Pentaqon İranda həftələrlə davam edəcək quru əməliyyatlara hazırlaşır

29 Mar 2026 06:38 3 baxış
IMG

Pentaqon İranda həftələrlə davam edəcək quru əməliyyatlara hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Planlara xüsusi təyinatlı qüvvələrin və adi piyadaların basqınları daxil ola bilər. Belə ki, Prezident Donald Trampın bu planlardan hər hansı birini təsdiqləyib-təsdiqləməyəcəyi hələlik məlum deyil.

Tramp administrasiyası İrandakı müharibənin beşinci həftəsinə qədəm qoyduğu bir vaxtda ABŞ dəniz piyadalarını Yaxın Şərqə göndərib və həmçinin ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasından minlərlə əsgəri bölgəyə göndərməyi planlaşdırır.

Xəbər lenti