Bəhreynin "Aluminium Bahrain" (Alba) şirkəti İran tərəfindən obyektlərinə hücum edildiyini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Bəhreyn dövlət xəbər agentliyi məlumat yayıb.
Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb. Şirkət bildirib ki, hazırda obyektlərə dəyən ziyanın qiymətləndirilməsi aparılır.
Qeyd olunub ki, zərbələr İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Alba" və "Emirates Global Aluminum" zavodlarına zərbələr endirəcəyini açıqlamasından sonra baş verib. Tehran iddia edir ki, bu, İranın iki polad zavoduna edilən hücumlara cavab olaraq baş verib.