Dağıstanın Xasavyurd rayonu ərazisində leysan yağışları səbəbindən 460-dan çox ev su altında qalıb.
"Report" xəbər verir ki, bu barədə rayon rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Bahautdin Mamayev bildirib, onun sözləri rayon administrasiyasının "Telegram" kanalında yer alıb.
Məlumata görə, hazırda əhalinin təxliyəsi aparılır.
"Hazırda 468 ev subasmaya məruz qalıb, yerli əhalinin tam təxliyəsi aparılır", - hakimiyyət nümayəndəsi dəqiqləşdirib və əlavə edib ki, sakinlər "UAZ" və "KamAZ" avtomobillərinin köməyi ilə daşınır. Ərazidə üç müvəqqəti yerləşdirmə məntəqəsi təşkil edilib.
Bundan başqa, Botayurddakı tibb müəssisəsindən 43 xəstə təxliyə edilib.
Daha əvvəl Dağıstan rəhbəri Sergey Məlikov məlumat vermişdi ki, subasmalar nəticəsində respublikanın təxminən 110 min sakini hələ də elektrik enerjisi təchizatından məhrumdur. Yerlərdə qəza-bərpa tədbirləri davam etdirilir.