IMG-LOGO

Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsini əmr edib

29 Mar 2026 20:28 7 baxış
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Livanın cənubunda İsrailin hərbi nəzarəti altında təhlükəsizlik zonasının genişləndirilməsini əmr edib.

"Report"un məlumatına görə, o, bu açıqlamanı ölkənin şimal sərhədinə səfəri zamanı videomüraciətdə verib. Görüntülər Baş nazirin Dəftərxanası tərəfindən yayılıb.

"Sərhədimizə basqın və raket atəşi təhdidinin qarşısını qəti şəkildə almaq üçün mövcud təhlükəsizlik zonasının daha da genişləndirilməsini əmr etdim", - Netanyahu deyib.

Xəbər lenti