IMG-LOGO

KİV: ABŞ və İsrailin İrana qarşı əməliyyatı nüvə silahlanması yarışı risklərini artırır

29 Mar 2026 21:22 7 baxış
IMG

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nüvə silahlanması yarışının yeni mərhələsinə səbəb ola bilər.

"Report"un məlumatına görə, bu barədə "Bloomberg" yazıb.

Nəşrin məlumatına görə, Avropadan Asiyaya qədər bir sıra ölkələr nüvə arsenallarının inkişafı imkanlarını getdikcə daha çox müzakirə edirlər. Xüsusilə, Polşa və Almaniya Fransanın "nüvə çətiri"ni Avropa qitəsində genişləndirmək ideyasını dəstəkləməyə başlayıblar.

Həmçinin qeyd olunur ki, ABŞ nüvə sınaqlarını bərpa etməyi düşünür.

"Bu cür kütləvi qırğın silahlarının mümkün əldə edilməsi, hətta onlara heç vaxt sahib olmayacağına söz verən ölkələrdə belə açıq şəkildə müzakirə olunur. Lakin, daha çox ölkədə daha çox nüvə silahı dünyanı daha təhlükəsiz bir yerə çevirməyəcək", - AEBA-nın direktoru Rafael Qrossi bildirib.

O, son yarım əsr ərzində bəşəriyyətə xidmət edən yayılmama rejiminin qorunmasının vacibliyini vurğulayıb.

Xəbər lenti