IMG-LOGO

Ağ Ev: ICE ABŞ hava limanlarında təhlükəsizliyin təminatını davam etdirəcək

29 Mar 2026 22:59 7 baxış
IMG

ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) ixtisaslaşdırılmış xidmətlərin işi tam bərpa olunana qədər Amerikanın hava limanlarının təhlükəsizliyini təmin etməyə davam edəcək.

"Report"un məlumatına görə, Ağ Evin sərhəd nəzarəti üzrə koordinatoru Tom Homan bunu CBS-də açıqlayıb.

"Hava limanlarının normal fəaliyyət göstərə biləcəyinə 100 % əmin olana qədər Miqrasiya və Gömrük Mühafizəsi Xidməti qüvvələrinin mövcudluğunu qoruyacağıq", - o qeyd edib.

Onun sözlərinə görə, ABŞ-nin Nəqliyyat Təhlükəsizliyi İdarəsində yaranan hər hansı çatışmazlıq ICE zabitlərinin sayının artırılması ilə kompensasiya ediləcək.

Xəbər lenti