IMG-LOGO

İran Tehran və Əlborzda enerji infrastrukturuna hücumlar barədə məlumat yayıb

30 Mar 2026 00:47 5 baxış
IMG

İranın paytaxtında və Əlborz vilayətində elektrik enerjisi obyektlərinə məqsədyönlü hücumlar edilib.

"Report"un "Al Jazeera"yə istinadən məlumatına görə, bu barədə İranın energetika naziri Abbas Əliabadi bildirib.

"Tehran bölgəsində və Əlborz əyalətində elektrik enerjisi obyektlərinə məqsədyönlü hücumlar olunub", - o qeyd edib.

Nazirin sözlərinə görə, Tehranda və Kərəc şəhərində elektrik enerjisinin kəsintiləri qeydə alınıb və hazırda təmir briqadaları dəymiş ziyanın fəsadlarını aradan qaldırmağa çalışır.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti