IMG-LOGO

İtaliyada muzeydən Renua, Sezanne və Matissenin rəsmləri oğurlanıb

30 Mar 2026 02:22 3 baxış
IMG

İtaliyanın Parma şəhəri yaxınlığındakı Manyani-Rokka Fondunun muzeyindən Renuar, Sezanna və Matissenin rəsmləri də daxil olmaqla üç sənət əsəri oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, oğurluq hadisəsi martın 22-dən 23-ə keçən gecə baş verib. Cinayətkarlar Luigi Manyaninin şəxsi kolleksiyasının yerləşdiyi Manyani villasının giriş qapısını sındırıblar.

Söhbət Pyer-Ogüst Renuarın "Balıqlar", Pol Sezannanın "Albalılı natürmort" və Anri Matissenin "Terrasdakı xanım" akvarel rəsmlərindən gedir. Oğurlanan əsərlərin dəyəri milyonlarla avro ilə qiymətləndirilir.

Qeyd olunur ki, Manyani-Rokka Fondu İtaliyanın ən vacib sənət kolleksiyalarından birini saxlayır və bu kolleksiyaya Tisian, Dürer, Rubens, Qoya, Kanova, Mone və digər rəsm ustalarının əsərləri daxildir.

Xəbər lenti