ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper və İsrail Ordusunun baş qərargah rəisi Eyal Zamir İranın müdafiə sənayesinə qarşı atılacaq əlavə addımları müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, görüş 29 martda İsraildə ölkənin hərbi rəhbərliyinin digər nümayəndələrinin iştirakı ilə baş tutub.
Danışıqların əsas mövzusu İrana qarşı müharibə və onun silah istehsalını dayandırmaq səyləri olub.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.