IMG-LOGO

ABŞ qırıcıları Trampın iqamətgahının yaxınlığında təyyarəni ələ keçirib

30 Mar 2026 04:12 2 baxış
IMG

ABŞ-nin F-16 qırıcı təyyarələri Prezident Donald Trampın Floridadakı iqamətgahının yaxınlığında uçuş qadağasını pozan mülki təyyarəni ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

"NORAD-ın F-16 qırıcı təyyarələri 29 martda Palm-Biç üzərində mülki uçuş aparatını ələ keçirib. O, müvəqqəti uçuş məhdudiyyəti zonasını pozub", - bəyanatda deyilir.

Qeyd olunur ki, təyyarə zonadan təhlükəsiz şəkildə çıxarılıb və qırıcı təyyarələr pilotun diqqətini cəlb etmək üçün istilik tələlərini tətbiq ediblər.

Bununla yanaşı, CBS-nin məlumatına görə, həmin gün Palm-Biç hava limanına pilotsuz təyyarə yaxınlaşıb və bu da onun əməliyyatlarının müvəqqəti dayandırılmasına səbəb olub.

Hadisə həmin vaxt qolf klubunda olan Donald Trampın planlarına təsir etməyib.

Xəbər lenti