IMG-LOGO

Tramp: İran ABŞ-yə 20 neft tankeri verəcək

30 Mar 2026 07:18 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İranın Birləşmiş Ştatlara 20 neft tankeri verəcəyini açıqlayıb.

"Report"un məlumatına görə, o, bu açıqlamanı Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə verib.

"Bu gün bizə daha bir hədiyyə verdilər. Sabah göndərilməyə başlayacaq 20 neft gəmisi verdilər", - Tramp bildirib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti