IMG-LOGO

Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD ilə qarşılaşacaq

30 Mar 2026 10:01 5 baxış
IMG

Azərbaycan Basketbol Liqasında XX turun daha bir oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, günün yeganə matçında "Neftçi" NTD ilə üz-üzə gələcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 19:00-da start götürəcək.

"Neftçi" A qrupunda 28 xalla dördüncü, NTD 22 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.

Xəbər lenti