IMG-LOGO

“Mançester Yunayted” 80 milyonluq yarımmüdafiəçini alır

30 Mar 2026 09:42 3 baxış
IMG
1 0

“Mançester Yunayted” “Nyukastl Yunayted”in yarımmüdafiəçisi Sandro Tonali ilə maraqlanır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mançesterlilər artıq futbolçuya maraqlarını təsdiqləyib və onun agentləri ilə ilkin əlaqələr qurublar.

Bununla belə, hazırda heç bir razılaşma əldə olunmayıb və danışıqlar irəliləməyib. “Nyukastl Yunayted” klubunda isə yay transfer pəncərəsində Tonali ətrafında ciddi aktivliyin yaranacağı gözlənilir.

Cari mövsümdə Tonali bütün turnirlərdə 47 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

İdman xəbərləri

Xəbər lenti