IMG-LOGO

Azərbaycan tütün ixracından qazancını 57 %-ə yaxın artırıb

30 Mar 2026 10:52 5 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 20,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 % çoxdur.

Hesabat dövründə Azərbaycandan 7,803 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 56,8 % çoxdur.

Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,79 %-ni, ixrac isə ümumi ixracın 0,21 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.

Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Xəbər lenti