Ermənistanda "Vətəndaş müqaviləsi" partiyasının daxili səsvermənin iki mərhələsinin yekunları açıqlanıb.
"Report"un məlumatına görə, bu barədə Paşinyan sosial şəbəkələrdə yazıb.
Baş nazir bildirib ki, səsvermənin nəticələrinə görə onun namizədliyi hökumət başçısı postuna irəli sürülüb.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Ölkədə son parlament seçkiləri 2021-ci ildə keçirilib.