İtaliyanın "İnter" klubunun futbolçusu Lautaro Martinesin zədəsi sağalıb.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hücumçu A Seriyasının XXXI turunda "Roma" ilə oyunda meydana çıxa bilər.
Argentinalı forvard Norveçin "Budyo Qlimt" komandasına uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda sıradan çıxıb.
Xatırladaq ki, "İnter" aprelin 5-də "Roma" ilə qarşılaşacaq